Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Edin Dzeko “Neftçi”nin qatılacağı turnirdə iştirakdan imtina edib



Türkiyənin “Fənərbağça” klubunun yeni transferi Edin Dzeko “Neftçi”nin də qatılacağı Sankt-Peterburqdakı “PARI Premyer” turnirində iştirakdan imtina edib.

BrendSport.az
xəbər verir ki, bosniya və herseqovinalı hücumçu buna səbəb kimi, Rusiyanın Ukraynaya etdiyi hərbi hücumunu göstərib.

Ukraynanı dəstəklədiyini bildirən 37 yaşlı forvard “Srvena Zvezda” (Serbiya), “Zenit” (Rusiya) və “Neftçi” ilə görüşlərdə komandasının heyətində yer almayacaq.

2022-ci ilin noyabrında Bosniya və Herseqovina millisi Rusiya yığması ilə yoldaşlıq görüşü keçirməyi planlaşdırsa da, Dzeko başda olmaqla, bir neçə oyunçunun imtinası səbəbindən oyun baş tutmamışdı.

Qeyd edək ki, “Fənərbağça” ilə “Neftçi” arasında qarşılaşma iyulun 15-də keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş