"Qarabağ" yoxlama oyununda Macarıstan klubu ilə heç-heçə edib
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" klubu ilk yoxlama oyununu keçirib.
BrendSport.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Macarıstan çempionu "Ferentsvaroş"la üz-üzə gəlib.
"Leerberg Arena"dakı qarşılaşma 3:3 hesabı ilə bitib.
Azərbaycan təmsilçisinin heyətində Nəriman Axundzadə dubl edib. Üçüncü qolu isə Leandro Andrade vurub.
Facebook-da paylaş