"Mançester Siti" İngiltərə futbolunun tarixinə düşə bilər
"Mançester Siti" klubu İngiltərə futbolunun tarixinə düşə bilər.
BrendSport.az xəbər verir ki, "şəhərlilər" bu gün UEFA Çempionlar Liqasını qazansa, bir mövsümdə üç vacib titula sahib çıxan ikinci ingilis klubu olacaq.
Bu uğura ilk dəfə 1998/1999 mövsümündə "Mançester Yunayted" komandası imza atıb.
Qeyd edək ki, "Mançester Siti" Türkiyənin İstanbul şəhərində keçiriləcək final matçında İtaliya "İnter"i ilə qarşılaşacaq.
Xosep Qvardiolanın rəhbərlik etdiyi kollektiv bu mövsüm artıq Premyer Liqanın və ölkə kubokunun qalibi olub.
Facebook-da paylaş