Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Dünya Qadın Seriyasında "Şuşa" mərhələsinin qrupları və oyun təqvimi müəyyənləşib



3x3 basketbol üzrə Dünya Qadın Seriyasının "Şuşa" mərhələsində iştirak edəcək 8 komanda 2 qrupda mübarizə aparacaq.

BrendSport.az
xəbər verir ki, A qrupu (Almaniya, Rumıniya, klub Neftçi, Türkiyə), B qrupu (Niderland, Macarıstan, Azərbaycan, klub G FLOU).

Reqlamentə əsasən qruplarda birinci yeri tutmuş komandalar birbaşa 1/2 final mərhələsinə yüksələcəklər. Qruplarda ikinci və üçüncü sıranın sahibləri isə, bir-biriləri ilə çarpaz şəkildə 1/4 final mərhələsində üz-üzə gələcəklər.

"Şuşa" mərhələsinin açılış oyunu 12 iyun saat 13:00 -da Almaniya və Türkiyə seçmələri arasında baş tutacaq. Yığma komandamızın qrupdakı ilk oyunu saat 14:15 -də Macarıstan millisinə qarşı, "Neftçi" klubunun oyunu isə saat 13:50 -də Rumıniya seçməsinə qarşı olacaq.

Qeyd edək ki, Dünya Qadın Seriyasında "Şuşa" mərhələsinin oyunları CBC Sport telekanalı vasitəsilə də canlı yayımlanacaq.


Facebook-da paylaş

Xəbəri paylaş