Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Çempionlar Liqası: UEFA final matçının baş hakimini dəyişməyəcək



UEFA Çempionlar Liqasının final oyununun baş hakimini dəyişməyəcək.

BrendSport.az
xəbər verir ki, polşalı Şimon Marçinyakın İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" komandaları arasında keçiriləcək həlledici matça təyinatı təsdiqlənib.

Ölkəsində ultrasağçı siyasətçi, homofob və antisemit fikirləri ilə tanınan “Yeni Ümid” partiyasının rəhbəri Slavomir Mentsenin təşkil etdiyi aksiyaya qatılan FIFA referisi davranışına görə üzr istəyib. Bundan sonra UEFA-nın Nizam-İntizam Komitəsi Marçinyakı bağışlayıb.

Qeyd edək ki, final qarşılaşması iyunun 10-da Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş