"Yuventus" və "Bavariya"nın sabiq futbolçusu üçün həbs qərarı çıxarılıb
Braziliya məhkəməsi ABŞ-ın “Los-Anceles Qelaksi” klubunda çıxış edən Duqlas Kosta ilə bağlı həbs qərarı verib.
BrendSport.az xəbər verir ki, buna 33 yaşlı yarımmüdafiəçinin keçmiş həyat yoldaşına aliment ödəməməsi səbəb olub.
Kosta ölkəsinə qayıdan kimi polis tərəfindən saxlanılacaq. Oyunçunun vəkili qərardan apellyasiya şikayəti vermək niyyətindədir.
Qeyd edək ki, Duqlas Kosta İtaliyada "Yuventus" və Almaniyada "Bavariya" kimi klubların formasını geyinib.
Facebook-da paylaş