Rəqibinə tüpürən Duqlas Kostanın cəzası açıqlandı - VİDEO
İtaliya A Seriyasının son turunda “Sassuolo” ilə oyunda rəqib futbolçusunun üzünə tüpürən “Yuventus”un yarımmüdafiəçisi Duqlas Kostanın cəzası açıqlanıb.
“Football İtalia”nın yaydığı xəbərə görə, İtaliya Futbol Federasiyası braziliyalı futbolçunu 4 oyunluq cəzalandırıb.
Qeyd edək ki, Kosta matçın 90+4-cü dəqiqəsində rəqib futbolçusu Federiko Di Françeskonun üzünə tüpürüb. 28 yaşlı futbolçu 3 dəqiqə əvvəl isə Federikoya başla zərbə vurmaq istəyib. Hər iki epizodda sarı vərəqə alan Kosta meydandan qovulub.
Facebook-da paylaş