Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qırğızıstanda reytinq xarakterli turnirdə ölkəmizi 11 güləşçi təmsil edəcək

Qırğızıstanda reytinq xarakterli turnirdə ölkəmizi 11 güləşçi təmsil edəcək

İyunun 1-də Qırğızıstanın paytaxtı Bişkekdə güləş üzrə reytinq turniri start götürəcək.

BrendSport.az xəbər verir ki, turnirdə Azərbaycan güləşçiləri də iştirak edəcəklər.
Sərbəst güləş yarışlarında ölkəmizi Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev, Əli Rəhimzadə (hər ikisi 65 kq), Turan Bayramov, Hacımurad Hacıyev, Cəbrayıl Hacıyev (hər üçü 74 kq), Abubakr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq) və Maqomedxan Maqomedov (97 kq) təmsil edəcəklər.
Qadın güləşçilərin mübarizəsində Jalə Əliyeva (57 kq) və Elis Manolova (62 kq) güclərini sınayacaqlar.
Turnirdə 29 ölkədən 400-dən artıq güləşçi medallar uğrunda mübarizə aparacaq.


Facebook-da paylaş

Xəbəri paylaş