Əsas Səhifə > Maraq > Qırğızıstanda reytinq xarakterli turnirdə ölkəmizi 11 güləşçi təmsil edəcək
Qırğızıstanda reytinq xarakterli turnirdə ölkəmizi 11 güləşçi təmsil edəcək24-05-2023, 18:00 |
İyunun 1-də Qırğızıstanın paytaxtı Bişkekdə güləş üzrə reytinq turniri start götürəcək. BrendSport.az xəbər verir ki, turnirdə Azərbaycan güləşçiləri də iştirak edəcəklər. Sərbəst güləş yarışlarında ölkəmizi Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev, Əli Rəhimzadə (hər ikisi 65 kq), Turan Bayramov, Hacımurad Hacıyev, Cəbrayıl Hacıyev (hər üçü 74 kq), Abubakr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq) və Maqomedxan Maqomedov (97 kq) təmsil edəcəklər. Qadın güləşçilərin mübarizəsində Jalə Əliyeva (57 kq) və Elis Manolova (62 kq) güclərini sınayacaqlar. Turnirdə 29 ölkədən 400-dən artıq güləşçi medallar uğrunda mübarizə aparacaq. Geri qayıt |