Yay Olimpiya Oyunlarının biletlərinin 70 faizi satılıb
2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunları üçün biletlərin 70 faizi satılıb.
BrendSport.az xəbər verir ki, bu barədə "France Bleu" nəşri məlumat yayıb.
10 milyon biletdən 7 milyonu artıq alınıb. Bunların 63,5 faizini Fransa vətəndaşları əldə ediblər. Digər 3 milyon biletin yarışların startınadək satılacağı gözlənilir.
Qeyd edək ki, Paris-2024 26 iyul-11 avqustda təşkil olunacaq.
Facebook-da paylaş