Azərbaycanlı futbolçuların komandası səfərdən xalsız döndü
Latviya çempionatında 14-cü turun oyunları keçirilib.
BrendSport.az xəbər verir ki, azərbaycanlı futbolçular Ramin Nəsirli və Nazim Həsənzadənin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Valmiera” ilə qarşılaşıb. Futbolçularımızın komandası meydanı məğlubiyyətlə tərk edib - 0:1.
Nazim bu oyunun iştirakçısı olmayıb. Onun adı iştirak ərizəsinə də salınmayıb. Ramin isə 55-ci dəqiqədə meydana buraxılıb.
Müqavilə ilə müvafiq olaraq “Neftçi” və “Turan Tovuz”a məxsus olan Raminlə Nazim “Dauqavpils”də icarə əsasında forma geyinirlər.
Futbolçularımızın komandası hazırda 10 xalla 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.
Facebook-da paylaş