Azərbaycan futbolçuları Latviya çempionatında debüt ediblər
![Azərbaycan futbolçuları Latviya çempionatında debüt ediblər](/uploads/posts/2023-03/1678659456_16786558293211656885_367x266.jpg)
Azərbaycan futbolçuları Nazim Həsənzadə və Ramin Nəsirli Latviya çempionatında “Dauqavpils” klubunun heyətində debüt ediblər.
BrendSport.az xəbər verir ki, hər iki futbolçu Latviya çempionatının ilk turunda “Tukums 2000”la (0:1) matçda oynayıblar.
R.Nəsirli 88 dəqiqə, N.Həsənzadə isə 82 dəqiqə meydanda olublar.
Qeyd edək ki, N.Həsənzadə “Dauqavpils”ə “Turan Tovuz”dan, R.Nəsirli isə “Neftçi”dən keçib.
Facebook-da paylaş
![](http://tedbirler.az/ted1-660.gif)