Portuqaliyanın məşhur klubları vergi saxtakarlığı və çirkli pulların yuyulmasında şübhəli bilinirlər
Portuqaliyanın məşhur klubları “Benfika”, “Sportinq” və “Portu” futbolçuların transferlərində vergi saxtakarlığı və çirkli pulların yuyulmasında şübhəli bilinirlər.
BrendSport.az xəbər verir ki, vergi orqanları bu məqsədlə adıçəkilən klubların stadionlarında axtarışlar aparıb.
“Benfika”da yarımmüdafiəçi Qonçalo Qedeşin Fransa təmsilçisi PSJ-yə keçidi, eyni zamanda, 2015-2020-ci illər aralığındakı digər transferlər şübhə altındadır. “Portu” və “Sportinq”lə bağlı da bir sıra şübhəli məqamlar var. Bu məqsədlə “Portu”nun prezidentinin, həmçinin, onun oğlunun evində axtarışlar aparılıb.
Hazırda 47 nəfər prosesdə təqsirləndirilir. Ümumilikdə 58 milyon avro sui-istifadə edilib.
Facebook-da paylaş