"Qalatasaray" əfsanələri Heydər Əliyevin 100 illiyi şərəfinə toplanır
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA), "Qalatasaray" klubunun və Azərbaycan Minifutbol Federasiyasının (AMF) təşkilatçılığı, “Azfar Group”un baş sponsorluğu və Beynəlxalq Futvole Federasiyasının dəstəyi ilə "Qalatasaray"ın UEFA Kubokunu qazandığı gündən düz 23 il sonra, bu gün İstanbulda - Florya Metin Oktay təsislərində türk dünyasının lideri Heydər Əliyevin 100 illiyi şərəfinə qardaşlıq görüşü keçiriləcək.
BrendSport.az xəbər verir ki, matçda "Qalatasaray"ın əfsanələri ilə Azərbaycan idman jurnalistlərinin milli komandası üz-üzə gələcək.
Oyunun keçirilməsinin ideya müəllifi AİJA-nın vitse-prezidenti, Beynəlxalq Futvole Federasiyasının prezidenti Vüsal Xəlilovun köməkçisi və Sports.az saytının baş redaktoru Anar Şabanoğludur. O, "Qalatasaray" klubuna Azərbaycanda və Türkiyədə tanınan idman jurnalisti Elçin Cəfərovun vasitəsilə Ulu Öndərin əziz xatirəsini yad etmək üçün belə bir görüşün keçirilməsi haqqında təklif göndərib. Təklif müsbət qarşılanıb.
Qardaşlıq matçında Hakan Balta, Ayhan Akman, Kerem İnan, Faruk Atalay və digər ulduzların iştirakı, 2000-ci ildə UEFA kubokunu qazanan əfsanəvi heyətin bir çox futbolçusunun isə oyuna qonaq qismində qatılacağı gözlənilir.
AMF prezidenti Taleh Nəsibov və AİJA prezidenti Eldar İsmayılov da hazırda bu qardaşlıq görüşü üçün İstanbuldadır.
Azərbaycanın jurnalistlərdən ibarət milli komandasının heyəti:
1. Ramiz Mirzəzadə (CBC Sport)
2. Əli Fərzəliyev (Estafet.az)
3. Mirbağırağa Cəfərli (Sportal.az)
4. Sərxan İbrahimoğlu (AMF)
5. Gündüz Abbaszadə ("Qarabağ" FK)
6. Ramin Təyyaroğlu (Olimpsport.az)
7. Asəf Zeynallı (CBC Sport)
8. Fərid Ramazanov (İdman TV)
9. Xanoğlan İmanov (Sportinfo.az)
10. Emin Abbasov (Sportal.az)
11. Nurani İsgəndərov (AKAF)
15. Elşad Quliyev (AMF)
Minifutbol üzrə Azərbaycan millisinə Avropa çempionluğunu qazandırmış Elşad Quliyev bu oyunda Azərbaycanın idman jurnalistlərindən ibarət yığmasının oynayan baş məşqçisi olacaq.
Qeyd edək ki, Estafet.az və Sports.az saytları tarixi qardaşlıq görüşünə informasiya dəstəyi verir.
Facebook-da paylaş