Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Emiliano Salanın ölümü ilə bağlı Fransa klubundan 110 milyon avro təzminat tələb olunub






Uels klubu “Kardiff Siti” təyyarə qəzasında dünyasını dəyişən futbolçu Emiliano Salanın ölümü ilə əlaqədar Fransa təmsilçisi “Nant”dan 110 milyon avro təzminat tələb edib.
BrendSport.az xəbər verir ki , “Kardiff” rəhbərliyi artıq şikayətini Nant Kommersiya Məhkəməsinə ünvanlayıb.

Onlar Salanın ölümündən sonra gəlirlərinin itirilməsini əsas gətirərək, Fransa klubundan 100 milyon avro, həmçinin, faizlərin qaytarılmasını istəyib. İyunun 22-də “Nant” rəsmiləri məhkəmə önünə çıxacaqlar.

Qeyd edək ki, Emiliano Sala 2019-cu ilin yanvarında “Nant”dan “Kardiff Siti”yə transfer olunsa da, müqavilə imzalamaq üçün Uelsə səfər zamanı təyyarəsi qəzaya uğrayıb. Nəticədə argentinalı 28 yaşında vəfat edib


Facebook-da paylaş

Xəbəri paylaş