Əsas Səhifə > Maraq > Emiliano Salanın ölümü ilə bağlı Fransa klubundan 110 milyon avro təzminat tələb olunub

Emiliano Salanın ölümü ilə bağlı Fransa klubundan 110 milyon avro təzminat tələb olunub


16-05-2023, 14:33





Uels klubu “Kardiff Siti” təyyarə qəzasında dünyasını dəyişən futbolçu Emiliano Salanın ölümü ilə əlaqədar Fransa təmsilçisi “Nant”dan 110 milyon avro təzminat tələb edib.
BrendSport.az xəbər verir ki , “Kardiff” rəhbərliyi artıq şikayətini Nant Kommersiya Məhkəməsinə ünvanlayıb.

Onlar Salanın ölümündən sonra gəlirlərinin itirilməsini əsas gətirərək, Fransa klubundan 100 milyon avro, həmçinin, faizlərin qaytarılmasını istəyib. İyunun 22-də “Nant” rəsmiləri məhkəmə önünə çıxacaqlar.

Qeyd edək ki, Emiliano Sala 2019-cu ilin yanvarında “Nant”dan “Kardiff Siti”yə transfer olunsa da, müqavilə imzalamaq üçün Uelsə səfər zamanı təyyarəsi qəzaya uğrayıb. Nəticədə argentinalı 28 yaşında vəfat edib
Geri qayıt