Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Uruqvay millisi Bielsanın baş məşqçi təyin olunduğunu açıqlayıb






Uruqvay Futbol Assosiasiyası Marselo Bielsanın milli komandaya baş məşqçi təyin olunduğunu açıqlayıb.
BrendSport.az xəbər verir ki, mütəxəssisin milli ilə müqaviləsi 2026-cı ilə qədər qüvvədə olacaq.

Bielsanın son iş yeri İngiltərə “Lids Yunayted”ində olub. Argentinalı mütəxəssis 2022-ci ilin fevralında komandadan ayrılıb.

Xatırladaq ki, DÇ-2022-nin sonunda baş məşqçi Dieqo Alonso komandanı tərk edib. Onun rəhbərliyi altında turnirdə komanda qrup mərhələsini adlaya bilməyib.

Qeyd edək ki, Bielsa əvvəllər iki dəfə milli komandalarla çalışıb. 1998-2004-cü illərdə Argentina yığmasını çalışdırıb, 2004-cü ildə onlarla olimpiya çempionu olub və elə həmin il Amerika Kubokunun gümüş mükafatını qazanıb. Bundan başqa, mütəxəssis Çili millisinə (2007–2010) rəhbərlik edib və onunla 2010-cu il dünya çempionatına qatılıb.


Facebook-da paylaş

Xəbəri paylaş