Uruqvay millisinin yeni baş məşqçisi bəlli olub
Futbol üzrə Uruqvay millisinin yeni baş məşqçisi bəlli olub.
BrendSport.az xəbər verir ki, bunu ölkənin futbol federasiyasının İcraiyyə Komitəsinin üzvü Xorxe Kasales açıqlayıb.
O bildirib ki, yığmanı Marselo Byelsa çalışdıracaq. Argentinalı mütəxəssis ilə müqavilə imzalanmasa da, tərəflər arasında razılıq əldə olunub.
Qeyd edək ki, Byelsanın son iş yeri “Lids” olub. Mütəxəssis 2018-2022-ci illərdə Argentina klubuna rəhbərlik edib.
Facebook-da paylaş