Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Arsen Venger karyerası ərzində “Real Madrid”, “Yuventus” və PSJ-dən gələn təklifləri rədd edib





“Arsenal”ın keçmiş baş məşqçisi Arsen Venger məşqçilik karyerası ərzində “Real Madrid”, “Yuventus” və PSJ-dən gələn təkliflərdən imtina etdiyini açıqlayıb.
BrendSport.az xəbər verir ki, bu barədə fransalı çalışdıranın sözlərini “talkSPORT” dərc edib.

“Real Madrid”, “Yuventus”, PSJ-dən imtina etdim. İngiltərə və Fransa yığmasından imtina etdim. Axı mən həyatımda mənim üçün vacib olanı etdiyimə inanıram. O qədər insan mənə baxıb deyir: “Arsenal” üçün etdiklərinə görə təşəkkür edirəm. Çünki onlar başa düşürlər ki, bu mənim prioritetim olub və mən də inanıram ki, “Arsenal”a bütün dünyada hörmət edilir, çünki klubun dəyərləri üzə çıxıb. Hiss edirdim ki, mənə miras qoya, məşq bazası tikə, stadion tikə, fantastik akademiyaya, məndən sonra gələcək və layiqli şəraitdə işləyə biləcək uşaqlara sahib ola bilərəm”, - Venger bildirib.

Xatırladaq ki, Venger 1996-2018-ci illərdə “Arsenal”ın baş məşqçisi olub.


Facebook-da paylaş

Xəbəri paylaş