Bu il Formula 1 Azərbaycan Qran-Prisindən sonra yollar ən qısa müddətdə açılıb
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) sakinlərin rahatlığını düşünərək builki Formula 1 Azərbaycan Qran-Prisi zamanı bağlanan prospekt və küçələri yarışdan sonra ötən illərlə müqayisədə ən sürətli şəkildə açaraq sakinlərin istifadəsinə verib.
BrendSport.az xəbər verir ki , əməliyyat şirkəti bu il yollarda söküntü və demontaj işlərini rekord sürətdə həyata keçirib. Yarışın bitməsindən dərhal sonra operativ olaraq mərhələli şəkildə açılan yollar 3 gecəyə tamamilə tikinti-quraşdırma konstruksiyalarından təmizlənib.
Qeyd edək ki, bu il Bakı yarışı zamanı ilk dəfə olaraq sürücülərin və şəhər sakinlərinin rahatlığını təmin etmək məqsədilə aprelin 24-29-da trekin əhatə etdiyi bəzi yollar səhər və axşam, nəqliyyatın sıx olduğu saatlarda əhalinin istifadəsinə verilib.
Xatırladaq ki, paytaxtımız artıq yeddinci dəfə bu mötəbər idman yarışına ev sahibliyi edib.
Facebook-da paylaş