Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Dünya kuboku: İsrail gimnastları 5 halqa ilə proqramda birinci olublar

Dünya kuboku: İsrail gimnastları 5 halqa ilə proqramda birinci olublar


İsrailin qrup hərəkətləri komandası Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarında 5 halqa ilə proqramda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
BrendSport.az xəbər verir ki, komandanın çıxışı hakimlər tərəfindən 34,950 xalla qiymətləndirilib.
Çin komandası 34,650 xalla turniri ikinci, Ukrayna gimnastları isə 33,350 xalla üçüncü pillədə başa vurublar.
Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Yelizaveta Luzan və Daria Sorokinadan ibarət komandamız 32,950 xalla dördüncü olub.
Ötən gün qrup hərəkətləri komandamız çoxnövçülük yarışlarında bürünc medal qazanıb.
Ənənəyə uyğun olaraq, yarışda ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq.
Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunan onuncu dünya kuboku yarışlarıdır. Paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.


Facebook-da paylaş

Xəbəri paylaş