Azərbaycan üzgüçüləri açıq Macarıstan çempionatında iştirak edirlər
Azərbaycan üzgüçüləri Ramil Vəlizadə və Məryəm Şeyxəlizadəxangah açıq Macarıstan çempionatında iştirak edirlər.
BrendSport.az Azərbaycan Üzgüçülük Federasiyasına istinadla xəbər verir ki, M.Şeyxəlizadəxangah 50, Ramil Vəlizadə isə 200 metr məsafəyə batterflay üsulla üzgüçülük yarışlarında güclərini sınayacaqlar.
Komandamız üçün dünya çempionatına hazırlıq xarakteri daşıyan açıq Macarıstan çempionatına aprelin 23-də yekun vurulacaq.
Facebook-da paylaş