Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Zeynəb Məmmədyarova: “Özgə torpağından yurd olmaz, Levon Aronyan, Qarabağ Azərbaycandır!

Zeynəb Məmmədyarova: “Özgə torpağından yurd olmaz, Levon Aronyan, Qarabağ Azərbaycandır! bir


Biz idmançılar digərlərindən fərqli olaraq ermənilərlə daha çox ünsiyyətdə olmuşuq. Şəxsən mən 1995-ci ildən erməni şahmatçıları ilə dünyanın müxtəlif ölkələrində beynəlxalq yarışlarda istər rəqib, istərsə də bir şahmatçı kimi qarşılaşmışam. Müxtəlif zamanlarda müzakirələrdə ölkələrimiz arasında münaqişə barəsində fikirlərimiz toqquşub və hər zaman da onlara başa salmağa çalışmışıq ki, ermənilər nəinki Azərbaycan torpaqlarında yaşayırlar, həmçinin onların bu gün, hətta zəbt etdikləri Dağlıq Qarabağ, Xocalı, Şuşa və digər rayonlarda törətdikləri vəhşiliklər gerçəklikdir.
BrendSport.az xəbər verir ki, bu fikirlər Azərbaycan şahmatçısı Zeynəb Məmmədyarovanın “Facebook” səhifəsindəki paylaşımında yer alıb.
Z.Məmmədyarova paylaşımında bildirib: “Şahmat intellekt sahiblərinin oyunudur. Lakin Ermənistan şahmatçısı Levon Aronyanın paylaşdığı yalan dolu status məni bir şahmatçı olaraq çox məyus etdi. Ermənistanın “fəxri” Kardaşyandan fərqli olaraq intellekt sahibi olan qrossmeysterdən daha çox intellektli, uzaqgörən, humanist və sülh təklifi gözləyirdim. Yalanlarla yoğurulmuş erməni gəncliyi acı da olsa bilməlidir ki, onlar ana vətəni olmayan bir millətdir. Belə ki, onlar Azərbaycan torpağının -1828-ci ildə Türkmənçay müqaviləsi ilə erməni vilayətinə çevrildiyini, daha sonra isə oranın Ermənistan adlandırıldığını, yaşadıqları torpaqların sahibi olan Azərbaycanın digər ərazilərinə də tamah salaraq Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal etdiyini danan yalançı millətdir.
Erməni şahmatçının paylaşımına cavab olaraq Z.Məmmədyarova bildirib: “Sən Levon Aronyan, elitar şahmatçı olaraq işğal edilmiş torpaqların sizə aid olmadığını nə zaman söylədin? Sən bilmirsənmi ki, özgə torpağından yurd olmaz?! Şahmat sənə dürüst olmağı öyrətmədimi? Şahmat sənə sülhsevər olmağı öyrətmədimi? Otuz ildir ərazisinin 20 faizinin işğal altında olmasına baxmayaraq, itirilmiş torpaqlarını sülh yolu ilə geri qaytarmağa çalışan Azərbaycan bu gün Ermənistanın yenidən başlatdığı müharibədə öz torpaqlarını müdafiə etdiyi üçünmü Ermənistana hücum etmiş sayılır, Levon Aronyan? Ermənistan yeni müharibələr etsin deyə fond açıb pul yıgırsan? Sizin ana Vətəniniz yoxdur, siz bilməzsiniz! Amma başqa hansı ölkə Azərbaycan qədər doğma torpaqları 30 il işğal altında yaşamışdır? Hansı ölkə bunlardan sonra Azərbaycanı sülhsevər ölkə kimi tanımaz? Bütün dünya bilir! Qarabağ Azərbaycandır! Yaşasın bugünkü, güclü Azərbaycan Ordusu!”.


Facebook-da paylaş

Xəbəri paylaş