Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Təbriz stadionunda 70 min nəfər qadınlar üçün birləşdi



Təbrizin "Yadigari İmam” stadionunda baş tutan "Traktorsazi” - "Zobahən” matçında qarşıdurma yaşanıb.

Oyunda 70 mindən çox azarkeş əllərində müxtəlif yazılı kağızlar tutaraq qadınların oyuna buraxılmasını tələb ediblər. Azarkeşlər növbəti dəfə qadınların hüquqlarının tapdanmasına etiraz edərək, "Stadionun qapılarını qadınların üzünə açın”, "Stadiona gəlmək qadınların hüququdur”, "Qadınlar üçün azadlıq” və s. kimi şüarlar səsləndiriblər. Şüarların heç birinin fars dilində yazılmaması isə xüsusi diqqət çəkib.

Qeyd edək ki, noyabrın 9-da baş tutan görüş 4:1 hesabı ilə "Traktorsazi”nin xeyrinə başa çatıb.

Təbriz stadionunda 70 min nəfər qadınlar üçün birləşdi

axar.az


Facebook-da paylaş

Xəbəri paylaş