Panuççi sabiq prezidenti məhkəməyə verir
Albaniya yığmasının baş məşqçisi Kristian Panuççi məhkəməyə müraciət edəcək.
Panuççi Albaniyanın sabiq prezidenti Buyar Nişandan şikayətçidir. Mütəxəssis hesab edir ki, Buyar onu təhqir edib.
Albaniya yığması Kosovo ilə yoldaşlıq oyununda 0:3 hesabı ilə məğlub olmuşdu. Bu məğlubiyyətdən sonra sabiq prezident “facebook”da belə yazmışdı:
“Bravo, Kosovo! Panuççi şarlatandı. O, qurulan hər şeyi dağıtdı”.
Panuççi şərəf və ləyaqətinə vurulan zərərə görə, 100 min dollar tələb edir. Məhkəmə 30 gün ərzində qərar çıxaracaq.
Facebook-da paylaş