Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Fənərbaxça" gənc azarkeşinə jest etdi



"Fənərbaxça" maddi imkanı olmadığı üçün şəffaf paketdən forma hazırlayan azarkeşi Bayram Akmanı "Kayserispor"la oyuna dəvət edib.

Sosial mediada "paketdən forma olmaz dedilər, amma mən düzəltdim. "Fənərbaxça"ya uğurlar" yazısı ilə diqqət çəkən gənc azarkeş, klub prezidenti Ali Koç və digər rəsmilər tərəfindən "Kayserispor"la matça dəvət olunub.

Gənc azarkeşlə görüşən Koçun ona 99 nömrəli forma verib, azyaşlı da paketdən hazırladığı və üzərində yağlı boya ilə eyni nömrə, bununla yanaşı "Elyif Elmas" yazılmış formanı prezidentə təqdim edib. Koçun azarkeşdən aldığı formanı otağılndakı asılqandan asdığı bildirilib.

Ardından sözügedən azarkeş "Fənərbaxça"nın muzeyini gəzib və "Kayserispor"la oyunu izləyib.


Facebook-da paylaş

Xəbəri paylaş