Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Fərid Qayıbov nazirliyin dəstəyi ilə beynəlxalq tədbirlərdə iştirak etmiş gənclərlə görüşüb



Gənclər və idman naziri Fərid Qayıbov nazirliyin dəstəyi ilə beynəlxalq tədbirlərdə iştirak etmiş gənclərlə görüşüb.

BrendSport.az
xəbər verir ki, görüşdə nazir gəncləri qazandıqları uğurlar münasibətilə təbrik edib, iştirak etdikləri tədbirlər və əldə etdikləri təcrübələr barədə fikir mübadiləsi aparıb.

Türkiyə, Rusiya, Özbəkistan, Almaniya, Malayziya, Polşa, Finlandiya, Yunanıstan, Qırğızıstan və Çin Xalq Respublikasında keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə və yarışlarda iştirak edən gənclər öz təəssüratlarını bölüşüb, nailiyyətləri, tədbirlərdə iştirakları barədə ətraflı məlumat veriblər.

Görüşdə gənclərin fikirlərini və təkliflərini dinləyən nazir Fərid Qayıbov onların bundan sonra da fəaliyyətlərinin davamlılığını arzulayıb.


Facebook-da paylaş

Xəbəri paylaş