Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan birinciliyinin region mərhələsinə start verilib



Futbol üzrə 2008-ci il təvəllüdlü uşaqların Azərbaycan birinciliyinin region mərhələsinə start verilib. Seçmə mərhələdə iki ay müddətində 10 komanda mübarizə aparacaq. Əsasnaməyə əsasən qrupda ilk iki yeri tutmuş komanda növbəti mərhələyə keçəcək.

Ağsu rayonunda start götürən turnirə bir aylıq gərgin məşqlərdən sonra Şamaxı Olimpiya İdman Kompleksinin U-11 komandası da turnirə qatılıb.

İlk oyun günü rəqib Hacıqabul komandası olub. Oyun gərgin və maraqlı keçib. Ancaq vaxt irəlilədikcə Şamaxı komandası daha yaxı oyun sərgiləyərək 5 cavabsız qolla qələbə qazanıblar. Oyunda Xətai Novruzov və İkram Xeyrullayev dubla imza atıblar. Sonuncu qol isə Sadiq Hüseyinli tərəfindən vurulub.

İkinci oyun isə güclü Göyçay komandası ilə olub. Qrupun favoriti hesab edilən göyçaylılar oyunda 6:3 hesabı ilə qələbə qazanıblar. Bu görüşdə də Xətai Novruzov 3 qol vurmağı bacarıb.

Şamaxı komandasının məşqçisi Əli İsmayılov oyunlardan sonra fikirlərini bizimlə bölüşdü:

Əldə etdiyimiz nəticəni qənaətbəxş hesab edə bilərik. Bu komanda bir ay müddətində formalasıb. Qısa bir zamanda hazılıqlara başlamışıq. Məşq zamanı komandanın texniki və fiziki hazırlığı birinci planda idi. Komandanı buralara gətirənə qədər çox əziyyət çəkdik. Maraqlısı budur ki, komandamızda uşaqların çoxu keçmiş taekvondoçulardan təşkil olunub. Hazırda komandamızda taekvondo üzrə iki çempion var. Futbola marağın belə artması və başqa idman növünün çempionları da bizə qatılırsa, deməli, işimizi düzgün qurmuşuq. Fürsətdən istifadə edib "Qəbələ" Futbol Akademiyasına və Şamaxı Olimpiya İdman Kompleksinin rəhbərliyinə dərin minnətdarlığımi bildirirəm.

Alxas Məmmədov


Facebook-da paylaş

Xəbəri paylaş