Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Şamaxının U-14 komandası yarışlara hazırdır



Şamaxı Olimpiya İdman Kompleksi qısa bir müddətdə "Qəbələ" Futbol Akademiyasının dəstəyi ilə uşaq futbolunun inkşafına start verilmişdir. Bununla əlaqədər akademiyanın mütəxəsissi Əli İsmayılov Şamaxı Olimpiya İdman Kompleksinə ezam edilmişdir.

Beləliklə, rayonda uşaq futbol komandası təşkil olunmuşdur. Komanda hər cür futbol ləvazimatı ilə təmin edilmişdir. Komandanın təşkili son iki ayıda mümkün olmuşdur. Bu yaxınlarda liqa yarışlarında debüt edəcək komanda öz gücünü ortaya qoymağa çalışacaq.

U-14 komandasının kapitanı Tural Alxasoğlunu dediklərindən:
- Biz bu yarışa ciddi hazırlaşırıq. Bütün potensialımızı ortaya qoymuşuq. Bir komanda şəklində oynayaraq qələbələr qazanmaq istəyirik. Bizim kamandamızın bir devizi var - "gedib bir rəqib qapsı döyək". Bunun üçün var qüvvəmizlə çalışırıq.

Elcan Adilov:
- Yarışı hamımız gözləyirik. Qələbələr qazanmağa həvəsliyik.

Əliqasım Məmmədov,
ADPU-nun II kurs tələbəsi


Facebook-da paylaş

Xəbəri paylaş