Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Şagirdlər müəllimin simasında ağıllı, bilikli, düşüncəli, sənətinə vurğun bir insan görməlidirlər...



Dar mənada "Müəllim" ərəbcədən tərcümədə "dərs keçən, tədris edən", geniş mənada Azərbaycan dilinin izahlı lüğətində məktəbdə hər hansı bir fəndən dərs deyən adam, nəsihət verən, öyüd verən, öyrədən, ağıl verən deməkdir. Müəllim - ilk növbədə insandır, bilikli, savadlı, tərbiyəli, uşaqları və peşəsini sevəndir, uşaqları, gəncləri xalqın, vətənin gələcəyi üçün hazırlayan vətənpərvərdir, vətəndaşdır, ictimai xadimdir...

"Yaxşı müəllim nə deməkdir" sualına V.A.Suxomlinski belə cavab verirdi: "O, ilk növbədə, uşaqları sevən insandır, onlarla ünsiyyətdən sevinc tapır, inanır ki, hər bir uşaq yaxşı insan ola bilər, uşaqlarla dostluq etməyi bacarır, uşaqların sevincini və kədərini ürəyinə sala bilir, uşağın qəlbini oxuyur və heç vaxt unutmur ki, özü də vaxtilə uşaq olub.

İkincisi, yaxşı müəllim tədris etdiyi fənnin elmini yaxşı bilir, ona vurğunluqla onun inkişaf üfüqlərini - yeni kəşfləri, tədqiqatları, nailiyyətləri izləyir, o elmin problemlərindən də xəbərdardır. Yaxşı müəllim orta məktəbin tədris proqramında nəzərdə tutulanlardan daha çox bilir. Dərin bilik, geniş dünyagörüş şagirdlər qarşısında elmin, biliyin, fənnin, tədris prosesinin cəzbedici qüvvəsini aça bilmək üçün vacibdir. Şagirdlər müəllimin simasında ağıllı, bilikli, düşüncəli, sənətinə vurğun bir insan görməlidirlər...

Üçüncüsü, yaxşı müəllim psixologiya və pedaqogika elmlərini bilən, tərbiyə haqqında elmləri bilmədən uşaqlarla işləməyin mümkünsüzlüyünü hiss və dərk edən insan olmalıdır.

Dördüncüsü, yaxşı müəllim öz peşəsinin ustası olmalıdır". (V.A.Suxomlinski, İzbrannıye pedaqoqiçeskiye soçineniya, 3-cü cild, səh. 43, Moskva - 1980).

Bəli, bu kimi keyfiyyətləri özündə birləşdirən pedaqoqlardan biri də Arif Hacıyevdir. Bu günlərdə Arif müəllim Şamaxı Texniki Humanitar Təmayüllü Liseyin direktor əvəzi təyin olunub. Bu münasibətlə Arif müəllimi təbrik edir, ona cansağlığı, gələcək işlərində müvəffəqiyyətlər arzulayırıq.


Facebook-da paylaş

Xəbəri paylaş