Ağır atletika üzrə ölkə çempionatının ilk qalibləri məlum olub
Aprelin 28-i və 29-da Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatına start verilib.
BrendSport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi və federasiyanın birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayacaq.
Əvvəlcə qadınlar arasında üç çəki dərəcəsində qaliblər müəyyən edilib. Samirə Rzayeva toplam 86 kq (38+48) nəticə ilə 45 kiloqram, Ravilya Abbasova toplam 78 kq (32+45) nəticə ilə 49 kiloqram, Selcan Qarayeva isə toplam 138 kq (60+78) nəticə ilə 55 kiloqram çəki dərəcələrində rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Facebook-da paylaş