Yeniyetmələr arasında stolüstü tennis turniri keçirilib
Bu günlərdə "İlhamlı qələbələr" adlı idman festivalı çərçivəsində Prezident İlham Əliyevin fevral ayında keçirilən prezident seçkilərində qazandığı qələbəyə və Ramazan bayramına həsr olunmuş yeniyetmələr arasında stolüstü tennis turniri keçirilib.
Turnirin açılışında təşkilatçı Bəhruz Səmədov 11 il öncə yaranan "İlhamlı Qələbələr" adli idman festivalının fəaliyyətindən söz açıb və bu günə qədər təşkil olunan tədbilər haqqında qısa məlumat verib.
O, qeyd edib ki, Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın idmana və gənclərə göstərdikləri diqqət və qayğı hamımıza bir örnəkdir. Məhz onların dəstəyi ilə bu gün idmanın müxtəlif növlərində dünyada lider ölkələrdən birinə çevrilmişik. Ona görə də ölkənin idman siyasəti davamlı olaraq gücləndirilir.
B.Səmədov çıxışında həmçinin idmançıları və tədbir iştirakçılarının Ramazan bayramını təbrik edib və yarışa start verib.
Xatırladaq ki, turnir BrendSport.az saytı təşkilatçılığı və 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin dəstəyi ilə keçirilən stolüstü tennis turniri də 34 yeniyetmə idmançı iştirak edib.
Yarışda iki yaş qrupu 2010-2014-cü və 2015-ci il təvəlldülü və daha kiçik uşaqlar mübarizə aparıblar.
Birinci yaş qrupunda qızlar və oğlanlar ayrı-ayrılıqda mübarizə aparıblar.
2010-2014-cü il təvəllüdlü qızlar arasında 1-ci yeri Nuray Feyzullayeva, 2-ci yeri Zəhra Rəhimova, 3-cü yerliləri isə Məryəm Heybətova və Emiliya Behbutzadə tutmuşlar.
Bu yaş qrupunda oğlanlar arasında 1-ci yeri Hüseyn Əliyev, 2-ci yer Hüseyn Kəlbiyev, 3-cu yeri Hüseyn Səmədzadə və Məhəmmədhüseyn Əlizadə tutublar.
Kiçik yaş qrupunda isə oğlanlar və qızlar birgə mübarizə aparıblar.
1-ci yerə Qasım Əliyev, 2-ci yerı Məhəmmədıli Əlizadə, 3-cü yerlərə isə Məhəmnədbaqir Əlizadə və Nərminə Behbutzadə layiq görülüblər.
Turnirin sonunda qaliblərə BrendSport.az saytı adından diplom və medallar verilib. Eyni zamanda onlara 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, BrendSport.az saytı, "Sportsman" idman jurnalı və "Sehirli Dünya" uşaq jurnalı tərəfindən xüsusi hədiyyələr təqdim olunub.
Sonda festivalıın ideya müəllifi və təşkilatçısı Bəhruz Səmədov belə tədbirlərin keçirilmısində onlara hər zaman dəstək olan dövlət qurumlarına, idman federasiyalarına və idmansevər insanlara öz təşəkkürünü bildirərək, yeniyetmə stolüstü tenniscilərə də gələcəkdə uğurlar arzulayıb.
Facebook-da paylaş