“Yeni trendlər və gənclər" blogerlərin II forumu keçirilib
Fevralın 1-də ölkəmizin 2024-cü il “Gənclər Paytaxtı” Lənkəran şəhərində “Yeni trendlər və gənclər" bloqerlərin ll Forumu keçirilib. Forumda müxtəlif sahələr üzrə məşhur olan bloqerlər iştirak edib.
BrendSport.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib. Nazir bloqerlərin suallarını cavablandırıb, onlarla müxtəlif istiqamətlər üzrə sosial media mövzusunda mövcud vəziyyət və gələcək əməkdaşlıq məsələlərini müzakirə edib. Maraqlı ideya və təkliflərlə çıxış edən bloqerlər onları narahat edən məsələlər haqqında məlumat veriblər.
Facebook-da paylaş