Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Şəhid övladlarının Xankəndi şəhərinə səfəri təşkil olunub



YAŞAT Fondu, Gənclər və İdman Nazirliyi və Peşəkar Futbol Liqasının birgə təşkilatçılığı ilə şəhid övladlarının Xankəndi şəhərinə səfəri təşkil olunub.

BrendSport.az
xəbər verir ki, 7-12 yaş aralığında olan 25 şəhid övladı Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Qarabağ” – MOİK oyununu izləmək üçün YAŞAT Fondunun nümayəndələri ilə birgə Xankəndiyə yollanıblar.

Bu il sentyabrın 19-da lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan qəhrəmanların övladları tarixi görüşdən öncə futbolçularla birlikdə meydana çıxıblar, daha sonra isə tribunadan matçı izləyiblər.

Qeyd edək ki, bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində keçirilən ilk rəsmi futbol oyunu olub.


Facebook-da paylaş

Xəbəri paylaş