Əsas Səhifə > Gənclər > Şəhid övladlarının Xankəndi şəhərinə səfəri təşkil olunub
Şəhid övladlarının Xankəndi şəhərinə səfəri təşkil olunub21-12-2023, 18:47 |
YAŞAT Fondu, Gənclər və İdman Nazirliyi və Peşəkar Futbol Liqasının birgə təşkilatçılığı ilə şəhid övladlarının Xankəndi şəhərinə səfəri təşkil olunub. BrendSport.az xəbər verir ki, 7-12 yaş aralığında olan 25 şəhid övladı Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Qarabağ” – MOİK oyununu izləmək üçün YAŞAT Fondunun nümayəndələri ilə birgə Xankəndiyə yollanıblar. Bu il sentyabrın 19-da lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan qəhrəmanların övladları tarixi görüşdən öncə futbolçularla birlikdə meydana çıxıblar, daha sonra isə tribunadan matçı izləyiblər. Qeyd edək ki, bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində keçirilən ilk rəsmi futbol oyunu olub. Geri qayıt |