Xankəndidə ilk dəfə "OBA" filial açdı
Yaxın və qənaətli qonşu konsepsiyası ilə Azərbaycanın hər bölgəsində fəaliyyət göstərən “OBA” marketlər şəbəkəsi Xankəndidə filialını istifadəyə verib.
BrendSport.az saytının Gənclər şöbəsi xəbər verir ki, marketlər şəbəkələri arasında ilk dəfə “OBA” Xankəndidə fəaliyyətə başlayıb.
Xalqın marketi kimi tanınan “OBA” bundan öncə səyyar marketləri ilə rəşadətli ordumuzun işğaldan azad etdiyi Xankəndi, Xocalı və Əsgəranda yaşayan əhali üçün satış həyata keçirib.
Əhali arasındakı tələbatı ödəmək üçün “OBA” bundan sonra daimi şəkildə Xankəndidə fəaliyyətə olacaq.
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi 7000-dən çox əməkdaşı ilə xalqa xidmət etməkdən qürur duyur.
Facebook-da paylaş