Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İyulun 14-də Kür Olimpiya Tədris İdman Mərkəzində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib



Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə reallaşan imtahanda 144 cüdoçu iştirak edib.

BrendSport.az
xəbər verir ki, idmançılar yaş uyğunluğuna əsasən ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə bacarıqlarını nümayiş etdirib. İmtahanı uğurla başa vuran idmançılara müvafiq kəmər və sertifikatlar təqdim olunub.

Kəmər imtahanları cüdoçuların texnikaları daha sistemli və hərtərəfli mənimsəməsinə, eyni zamanda motivasiyalarının artmasına xidmət edir. Bu mərhələ həm də gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün vacib şərtlərdən biri hesab olunur.








Facebook-da paylaş

Xəbəri paylaş