Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Zahidlə maraqlanan “Qarabağ” imiş...



“Qarabağ” APOEL-in futbolçusu Qayas Zahidlə maraqlanır.

BrendSport.az xəbər verir ki, bu haqda Kiprin "Goal.philenews" saytı məlumat yayıb. Qayas Zahidin Azərbaycanda oynaya biləcəyinə dair xəbərlər dünən yayılsa da, onunla hansı komandanın əlaqə qurduğu açıqlanmamışdı.

Sayt iddia edib ki, Ağdam klubu 27 yaşlı hücumameylli yarımmüdafiəçiyə ildə 450 min avro təklif edir. Bununla yanaşı Qayas Zahidlə Türkiyənin bir klubunun da maraqlandığı iddia edilir (ad açıqlanmır). Həmin klubun isə norveçli oyunçuya daha artiq - 600 min avro təklif etdiyi və futbolçuna məhz bunu qəbuı edəcəyi bildiriir.

Qeyd edək ki, “Qarabağ” daha əvvəl APOEL-də oynamış Uroş Matiçi heyətinə cəlb edib.


Facebook-da paylaş

Xəbəri paylaş