Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanlı atletin göstəricisi ən yaxşılar arasında



Avropa Atletika Assosiasiyası öz saytında idmançıların ən yaxşı 50 performans cədvəlini açıqlayıb.

BrendSport.az xəbər verir ki, siyahıda Türkiyə millisinin heyətində çıxış edən azərbaycanlı atlet Ramil Quliyevin 2018-ci ildə Almaniyanın paytaxtı Berlindəki Avropa çempionatında qazandığı nailiyyət də yer alıb.

30 yaşlı idmançı sözügedən turnirdə 200 metr məsafəyə qaçışda 19,76 saniyəlik göstərici ilə qızıl medala sahib çıxmışdı.

Qeyd edək ki, Ramil Quliyev 2017-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda eyni məsafəyə qaçışda dünya çempionu olub.


Facebook-da paylaş

Xəbəri paylaş