Ağ Evdə keçiriləcək UFC turnirinin rəsmi posteri təqdim olunub

UFC mətbuat xidməti Ağ Evdə baş tutacaq tarixi turnirin rəsmi posterini yayımlayıb.
BrendSport.az xəbər verir ki, təşkilat gecənin əsas döyüşləri də daxil olmaqla, turnirin “main card”ını (əsas döyüş proqramı) açıqlayıb.
Gecənin mərkəzi döyüşündə yüngül çəki dərəcəsinin çempionu İliya Topuriya Castin Qetji ilə üz-üzə gələcək. Turnirin ikinci əsas hadisəsində isə Aleks Pereyra ağır çəkidə müvəqqəti kəmər uğrunda Siril Qanla qarşılaşacaq.
Döyüş kartına həmçinin aşağıdakı qarşılaşmalar daxil edilib:
Şon O'Melli - Ayman Zahabi
Maurisio Ruffi - Maykl Çendler
Bo Nikal - Kayl Dakas
Dieqo Lopes - Stiv Qarsiya
Bundan başqa, UFC 327 turniri zamanı məlum olub ki, Donald Trampın təşəbbüsü ilə proqrama daha bir döyüş əlavə edilib. Coş Hokit və Derrik Lyuis Ağ Evdəki turnir çərçivəsində güclərini sınayacaqlar.
Facebook-da paylaş





















