Əsas Səhifə > Dünya idmanı > Ağ Evdə keçiriləcək UFC turnirinin rəsmi posteri təqdim olunub
Ağ Evdə keçiriləcək UFC turnirinin rəsmi posteri təqdim olunubBu gün, 16:42 |
![]() UFC mətbuat xidməti Ağ Evdə baş tutacaq tarixi turnirin rəsmi posterini yayımlayıb. BrendSport.az xəbər verir ki, təşkilat gecənin əsas döyüşləri də daxil olmaqla, turnirin “main card”ını (əsas döyüş proqramı) açıqlayıb. Gecənin mərkəzi döyüşündə yüngül çəki dərəcəsinin çempionu İliya Topuriya Castin Qetji ilə üz-üzə gələcək. Turnirin ikinci əsas hadisəsində isə Aleks Pereyra ağır çəkidə müvəqqəti kəmər uğrunda Siril Qanla qarşılaşacaq. Döyüş kartına həmçinin aşağıdakı qarşılaşmalar daxil edilib: Şon O'Melli - Ayman Zahabi Maurisio Ruffi - Maykl Çendler Bo Nikal - Kayl Dakas Dieqo Lopes - Stiv Qarsiya Bundan başqa, UFC 327 turniri zamanı məlum olub ki, Donald Trampın təşəbbüsü ilə proqrama daha bir döyüş əlavə edilib. Coş Hokit və Derrik Lyuis Ağ Evdəki turnir çərçivəsində güclərini sınayacaqlar. Geri qayıt |