Yamal: "Atam Ronaldunun böyük azarkeşidir"

"Barselona" futbol klubunun gənc ulduzu Lamin Yamal Kriştianu Ronaldu haqqında fikirlərini bölüşüb.
BrendSport.az xəbər verir ki, Yamal portuqaliyalı ulduzu futbol əfsanəsi adlandırıb və atasının da onun böyük azarkeşi olduğunu bildirib.
O qeyd edib ki, Ronaldunun “akrobatik zərbə ilə (bisisikleta)” ilə vurduğu qol Çempionlar Liqası tarixinin ən gözəl qolu hesab oluna bilər.
Gənc futbolçu bu epizodun futbol tarixində xüsusi yer tutduğunu vurğulayıb.
Facebook-da paylaş





















