Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Almaniya klubunu Çempionlar Liqasının finalına çıxaran baş məşqçi istefa verib



Almaniyanın "Borussiya Dortmund" klubu baş məşqçisi Edin Terziç istefa verib.

BrendSport.az
xəbər verir ki, 42 yaşlı mütəxəssislə əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyulub.

O, klub rəhbərliyinə müraciət edərək, şəxsi məsələlərə görə vəzifəsini tərk etmək istədiyini bildirib. Almaniyalı çalışdırıcının xahişi anlayışla qarşılanıb və onunla müqaviləyə xitam verilib.

Qeyd edək ki, Edin Terziç ötən mövsüm "Borussiya Dortmund"u UEFA Çempionlar Liqasının finalına çıxarıb. Almaniya klubu həlledici matçda İspaniya "Real Madrid"inə 2 cavabsız qolla uduzub.


Facebook-da paylaş

Xəbəri paylaş