UEFA Konfrans Liqası: “Fənərbağça” dörddəbir final mərhələsində Yunanıstan komandası ilə qarşılaşacaq
UEFA Konfrans Liqasının dörddəbir final mərhələsinin püşkü atılıb.
BrendSport.az xəbər verir ki, Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən mərasimdə bu mərhələdə üz-üzə gələcək komandalar məlum olub. Türkiyə təmsilçisi “Fənərbağça” bu mərhələdə Yunanıstan komandası “Olimpiakos”la qarşılaşacaq.
Püşkün nəticələrini təqdim edirik:
1/4 final:
“Brügge” (Belçika) – PAOK (Yunanıstan)
“Olimpiakos” (Yunanıstan) - “Fənərbağça” (Türkiyə)
“Aston Villa” (İngiltərə) - “Lill” (Fransa)
“Viktoriya” (Çexiya) - “Fiorentina” (İtaliya)
Yarımfinal:
“Aston Villa” - “Lill” cütünün qalibi / “Olimpiakos” - “Fənərbağça” cütünün qalibi
“Viktoriya” - “Fiorentina” cütünün qalibi / “Brügge” – PAOK cütünün qalibi
Qeyd edək ki, dörddəbir final mərhələsinin oyunları aprelin 11-i və 18-də, yarımfinalın matçları isə mayın 2-də və 9-da keçiriləcək. Final görüşü mayın 29-da Afinadakı “Ayasofiya” stadionunda olacaq.
Facebook-da paylaş