Əsas Səhifə > Dünya idmanı > UEFA Konfrans Liqası: “Fənərbağça” dörddəbir final mərhələsində Yunanıstan komandası ilə qarşılaşacaq
UEFA Konfrans Liqası: “Fənərbağça” dörddəbir final mərhələsində Yunanıstan komandası ilə qarşılaşacaq15-03-2024, 17:30 |
UEFA Konfrans Liqasının dörddəbir final mərhələsinin püşkü atılıb. BrendSport.az xəbər verir ki, Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən mərasimdə bu mərhələdə üz-üzə gələcək komandalar məlum olub. Türkiyə təmsilçisi “Fənərbağça” bu mərhələdə Yunanıstan komandası “Olimpiakos”la qarşılaşacaq. Püşkün nəticələrini təqdim edirik: 1/4 final: “Brügge” (Belçika) – PAOK (Yunanıstan) “Olimpiakos” (Yunanıstan) - “Fənərbağça” (Türkiyə) “Aston Villa” (İngiltərə) - “Lill” (Fransa) “Viktoriya” (Çexiya) - “Fiorentina” (İtaliya) Yarımfinal: “Aston Villa” - “Lill” cütünün qalibi / “Olimpiakos” - “Fənərbağça” cütünün qalibi “Viktoriya” - “Fiorentina” cütünün qalibi / “Brügge” – PAOK cütünün qalibi Qeyd edək ki, dörddəbir final mərhələsinin oyunları aprelin 11-i və 18-də, yarımfinalın matçları isə mayın 2-də və 9-da keçiriləcək. Final görüşü mayın 29-da Afinadakı “Ayasofiya” stadionunda olacaq. Geri qayıt |