Tanınmış baş məşqçidə onkoloji xəstəlik aşkarlanıb
İngiltərə millisinin sabiq baş məşqçisi Sven-Yoran Eriksson xərçəng xəstəliyinə tutulub.
BrendSport.az xəbər verir ki, bu barədə 75 yaşlı mütəxəssisin özü məlumat verib.
İsveçli çalışdırıcı vəziyyətinin kritik olduğunu bildirib: “Ən yaxşı halda bir il, ən pis halda isə daha az ömrüm qalıb. Amma söz verirəm ki, bu xəstəliklə bacardığım qədər mübarizə aparacağam”.
Qeyd edək ki, Sven-Yoran Eriksson 2001-2006-cı illərdə İngiltərə yığmasına başçılıq edib. O, həmçinin İtaliyanın “Roma”, “Sampdoriya”, Portuqaliyanın “Benfika” klublarını da çalışdırıb.
Facebook-da paylaş