Əsas Səhifə > Dünya idmanı > Tanınmış baş məşqçidə onkoloji xəstəlik aşkarlanıb
Tanınmış baş məşqçidə onkoloji xəstəlik aşkarlanıb11-01-2024, 15:00 |
![]() İngiltərə millisinin sabiq baş məşqçisi Sven-Yoran Eriksson xərçəng xəstəliyinə tutulub. BrendSport.az xəbər verir ki, bu barədə 75 yaşlı mütəxəssisin özü məlumat verib. İsveçli çalışdırıcı vəziyyətinin kritik olduğunu bildirib: “Ən yaxşı halda bir il, ən pis halda isə daha az ömrüm qalıb. Amma söz verirəm ki, bu xəstəliklə bacardığım qədər mübarizə aparacağam”. Qeyd edək ki, Sven-Yoran Eriksson 2001-2006-cı illərdə İngiltərə yığmasına başçılıq edib. O, həmçinin İtaliyanın “Roma”, “Sampdoriya”, Portuqaliyanın “Benfika” klublarını da çalışdırıb. Geri qayıt |