2023/2024 mövsümünün ilk yarısının ən yaxşı klub məşqçilərinin adları açıqlanıb
“Goal” nəşri 2023/2024 mövsümünün ilk yarısının ən yaxşı klub məşqçilərinin adlarını açıqlayıb.
BrendSport.az xəbər verir ki, siyahıya Almaniyanın “Bayer 04” klubunun çalışdırıcısı Xabi Alonso başçılıq edir.
UEFA Avropa Liqasında “Qarabağ”la eyni qrupda çıxış edən Leverkuzen təmsilçisinin mövsüm ərzində hələ də məğlubiyyətlə üzləşməməsi ispaniyalı mütəxəssisin digərlərindən fərqlənməsi ilə nəticələnib.
Ümumilikdə 15 məşqçinin yer aldığı siyahıda İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola sonuncudur.
1. Xabi Alonso (“Bayer 04”, Almaniya)
2. Unay Emeri (“Aston Villa”, İngiltərə)
3. Miçel (“Jirona”, İspaniya)
4. Tiaqo Motta (“Bolonya”, İtaliya)
5. Anqe Postekoqlu (“Tottenhem”, İngiltərə)
6. Simone İnzaqi (“İnter”, İtaliya)
7. Sebastyan Heness (“Ştutqart”, Almaniya)
8. Yurgen Klopp (“Liverpul”, İngiltərə)
9. Françesko Farioli (“Nitsa”, Fransa)
10. Mikel Arteta (“Arsenal”, İngiltərə)
11. Karlo Ançelotti (“Real”, İspaniya)
12. Peter Bos (PSV, Niderland)
13. Dieqo Simeone (“Atletiko”, İspaniya)
14. İmanol Alquasil (“Real Sosyedad”, İspaniya)
15. Xosep Qvardiola (“Mançester Siti”, İngiltərə)
Facebook-da paylaş