PSJ-Mbappe-"Real" üçbucağı yanvarı gözləyir
Kilian Mbappe növbəti həftədən istənilən klubla danışıqlar apara bilər.
BrendSport.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Yanvarın ilk həftəsi fransalı futbolçunun “Real”a keçib-keçməməsi sualına aydınlıq gələcək. Madrid klubu yayda sərbəst qalacaq Mbappenin müqaviləsinin bitməsini gözləmək niyyətində deyil. Artıq madridlilərin transfer sənədlərini hazırladığı və forvardın keçidini həll edəcəyi məlumatları yayılıb.
Hər şey “Real”ın prezidenti Florentino Peresin zəngindən asılı olacaq. O, yanvarın ilk günlərində Mbappe ilə gələcək planlar barədə danışacaq. Digər tərəfdən Kilianın PSJ-ni qışda tərk etməyəcəyi ilə bağlı anlaşması olduğu yazılıb. Bu amil Paris klubuna ulduz futbolçu ilə müqavilə müddətini artırmaq ümidi verir.
Qeyd edək ki, Mbappenin hazırki müqaviləsi yayda bitəcək. Razılaşmaya əsasən, tərəflərin müddəti bir il artırmaq hüququ var.
Facebook-da paylaş