Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



IFAB VAR-ın səlahiyyətlərinin genişləndirilməsinə baxacaq



Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) növbəti iclasında video köməkçi hakimlərin (VAR) səlahiyyətlərinin genişləndirilməsi imkanlarını müzakirə edəcək.

BrendSport.az
xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Mənbələrin sözlərinə görə, müzakirələrdə cərimə zərbələri, künc zərbələri və ikinci sarı vərəqələrə VAR müdaxiləsi nəzərdə tutulub.

Hazırda VAR protokoluna əsasən, videoassistentlər ancaq oyundan kənar vəziyyət, penaltinin təyin edilməsi və ya edilməməsi, birbaşa qırmızı vərəqələrin verilməsi hallarında matça müdaxilə edə bilərlər.

IFAB-ın iclası noyabrın 28-də Londonda keçiriləcək. VAR səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı qərar qurumun 2024-cü ilin martına planlaşdırılan illik toplantısına qədər verilməyəcək.


Facebook-da paylaş

Xəbəri paylaş